Almaniyanın Azərbaycandakı səfirliyinin attaşesini təhqir edən şəxs saxlanılıb

Almaniyanın Azərbaycandakı səfirliyinin attaşesini təhqir edən şəxs saxlanılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
23 Fevral , 2015 13:02
Almaniyanın Azərbaycandakı səfirliyinin attaşesini təhqir edən şəxs saxlanılıb

Bakı. 23 fevral. REPORt.AZ/ Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin attaşesi D.Birnbaum Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək səfirliyin “İSR Plaza” mehmanxanasında yerləşən ofisində tanımadığı şəxsin təhqirinə və fiziki təzyiqinə məruz qaldığını, onun xuliqanlıq hərəkətləri nəticəsində sözügedən diplomatik nümayəndəliyin normal iş rejiminin qısa müddət ərzində pozulduğunu bildirib.

"Report" Daxlili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, məsələ ilə bağlı dərhal araşdırma aparılıb və həmin şəxsin Bakı şəhər sakini Fərid Nəcəfquluzadə olduğu müəyyən edilib. Təhqiqat orqanı tərəfindən D.Birnbaumun, səfirliyin digər əməkdaşlarının, həmçinin Fərid Nəcəfquluzadənin izahatları alınıb, digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Toplanmış materiallar Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərilib. Burada isə faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məlumatda bildirilir ki, işin tam, hərtərəfli və obyektiv araşdırılması və Fərid Nəcəfquluzadənin əməlinə hüquqi qiymət verilməsi üçün bütün zəruri tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi