Almaniyada qaçqın düşərgəsində azərbaycanlılar arasında dava olub, xəsarət alan var

Almaniyada qaçqın düşərgəsində azərbaycanlılar arasında dava olub, xəsarət alan var Almaniyanın Bavariya əyalətində yerləşən deportasiya mərkəzində azərbaycanlılar arasında baş verən davada bir nəfər xəsarət alıb.
Hadisə
30 Dekabr , 2019 12:23
Almaniyada qaçqın düşərgəsində azərbaycanlılar arasında dava olub, xəsarət alan var

Almaniyanın Bavariya əyalətində yerləşən deportasiya mərkəzində azərbaycanlılar arasında baş verən davada bir nəfər xəsarət alıb.

Bu barədə “Report”un Avropa bürosuna Almaniyanın Federal Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 29-da saat 19:50 radələrində sığınacaq axtaranların deportasiyası üçün nəzərdə tutulan Deggendorfdakı qaçqın düşərgəsində 35 və 20 yaşlı azərbaycanlı arasında mübahisə yaranıb. 35 yaşlı azərbaycanlı qonşu otağa gedərək 20 yaşlı həmvətənini döyüb. Nəticədə sonuncu göz nahiyəsindən xəsarət alıb. Davaya daha iki azərbaycanlı da qoşulub. Hadisə yerinə gələn polis əməkdaşları onları saxlayıb. Xəsarət alan şəxs Deggendorfdakı hospitala aparılıb. 

Xəstəxanadan “Report”a bildirilib ki, yaralı azərbaycanlıya ilkin tibbi yardım göstərildikdən sonra təzədən düşərgəyə qaytarılıb. 

Deggendorf şəhər polisindən isə vurğulanıb ki, saxlanılan şəxslərin ilkin ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.

Son xəbərlər

Orphus sistemi