Almaniyada itkin düşən azərbaycanlı yeniyetmə tapılıb

Almaniyada itkin düşən azərbaycanlı yeniyetmə tapılıb Almaniyanın Maqdeburq şəhərində bir həftə əvvəl itkin düşmüz azərbaycanlı yeniyetmə tapılıb.
Hadisə
7 iyun 2019 07:08
Almaniyada itkin düşən azərbaycanlı yeniyetmə tapılıb

Almaniyanın Maqdeburq şəhərində bir həftə əvvəl itkin düşmüz azərbaycanlı yeniyetmə tapılıb. 

“Report”un Avropa bürosunun verdiyi məlumata görə, 2006-cı il təvəllüdlü, əslən Azərbaycanın Neftçala rayonundan olan Şükürov Həmid Ağasəlim oğlu türk iş adamı tərəfindən şəhər ətrafında tapılaraq ailəsinə təhvil verilib. 

İş adamı onu Elba çayı ətrafında tənha gəzərkən danışığından azərbaycanlı olduğunu başa düşüb, sorğu-sual zamanı azdığını görərək dərhal himayəyə götürüb. 

Azərbaycanlı yeniyetmə iyunun əvvəlində evlərindən çıxaraq geri dönməmiş, hər kəs ilə əlaqəsi kəsilmişdi. Onun ailəsi bir neçə ay əvvəl Almaniyaya köçüb.

Son xəbərlər

Orphus sistemi