Almaniyada gəmidə işləyən azərbaycanlı mühəndis 10 000 avro məbləğində cərimələnib

Almaniyada gəmidə işləyən azərbaycanlı mühəndis 10 000 avro məbləğində cərimələnib Buna səbəb gəmidə ətraf mühiti üçün zərərli sayılan neft tullantılarının qalması olub
Hadisə
22 İyul , 2017 17:52
Almaniyada gəmidə işləyən azərbaycanlı mühəndis 10 000 avro məbləğində cərimələnib

Bakı. 22 iyul. REPORT.AZ/ Almaniyanın Bremen şəhərində Su Mühafizəsi Polisi Panama bayrağı altında üzən yük gəmisinin azərbaycanlı mühəndisini 10 000 avro məbləğində cərimələyib.

"Report" "Bremerhafen Zeit" qəzetinə istinadən xəbər verir ki, buna səbəb gəmidə neft tullantıların aşkar edilməsi olub.

Su Mühafizəsi Polisinin nümayəndəsi bildirib ki, həmin tullantılar limanda dayanan gəmidən suya axıdıla və ətraf mühiti çirkləndirə bilərdi. Hadisə ilə bağlı cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi