Almaniyada axtarışda olan Azərbaycan vətəndaşı Fransada saxlanılıb

Almaniyada axtarışda olan Azərbaycan vətəndaşı Fransada saxlanılıb Bu ilin yanvar ayından Almaniyada axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı Fransada saxlanılıb.
Hadisə
977
13 Sentyabr , 2021 12:38
Almaniyada axtarışda olan Azərbaycan vətəndaşı Fransada saxlanılıb

Bu ilin yanvar ayından Almaniyada axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı Fransada saxlanılıb.

“Report”un Avropa bürosunun məlumatına görə, əslən Masallı rayonundan olan, 35 yaşlı Samir İbişov Fransada qaldığı qaçqın yataqxanasında tutulub.

Azərbaycan vətəndaşının saxlanılmasına səbəb isə onun Almaniyada polis tərəfindən axtarışa verilməsi olub. Məlum olub ki, 2020-ci ilin dekabr ayında Almaniyanın Koblenz şəhərində 38 yaşlı Almaniya vətəndaşına bıçaqla xəsarət yetirən S.İbişov ölkəni tərk edib.

Daha sonra o, Fransada Marsel şəhəri Miqrasiya İdarəsində başqa adla qeydiyyata düşüb.

Nəhayət, ötən gün Azərbaycan vətəndaşı Avropa Polis Təşkilatı (Europol) tərəfindən saxlanılaraq Almaniya hüquq-mühafizə orqanlarına təhvil verilib.

Son xəbərlər

Orphus sistemi