Yuxarı

Almaniyada tapılan bomba 20 min nəfərin təxliyəsinə səbəb olub

Bombanın aşkarlandığı ərazinin ətrafında olan məkanlar müvəqqəti bağlanıb

Bakı. 26 may. REPORT.AZ/ Almaniyanın Köln şəhərində II Dünya müharibəsi dövründən qalan partlamamış bomba 20 min insanın təxliyə edilməsinə səbəb olub. 

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bombanın aşkarlandığı ərazinin ətrafında olan məkanlar müvəqqəti bağlanıb.

Məlumatda bildirilib ki, bomba 1 ton ağırlığındadır. Evlərini tərk edənlər Köln şəhərinin Riehl və Mülheim səmtlərində yaşayanlardır. 

Şəhərin bələdiyyə nümayəndəsi bombanın günortadan sonra məhv ediləcəyini açıqlayıb.

Qeyd edək ki, ötən həftə də Hannover şəhərində partlamamış bomba tapılmış, nəticədə 31 min nəfər təxliyə edilmişdi. ABŞ Hərbi Hava Qüvvələri tərəfindən II Dünya müharibəsi zamanı atılmış bomba zərərsizləşdirilmişdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi