Almaniya vətəndaşına qarşı 6 milyon manatlıq dələduzluq edən azərbaycanlı şirkət rəhbərinin məhkəməsində sürücüsü dindirilib

Almaniya vətəndaşına qarşı 6 milyon manatlıq dələduzluq edən azərbaycanlı şirkət rəhbərinin məhkəməsində sürücüsü dindirilib Bakı. 12 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ələddin Yusifovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
12 İyun , 2018 11:52
Almaniya vətəndaşına qarşı 6 milyon manatlıq dələduzluq edən azərbaycanlı şirkət rəhbərinin məhkəməsində sürücüsü dindirilib
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ələddin Yusifovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nadejda Baxışova ifadə verib.

O bildirib ki, Ə.Yusifovu 2015-ci ildən tanıyır: "Rövşən müəllim dedi ki, Ələddin müəllim ofisini alman şirkətinə icarəyə verir və o, mənim həmin yerdə mühasibatçı kimi çalışmağımı istədi. Mən də getdim. Ələddin müəllim ofisin sənədlərini mənə verdi və baxdım. Öz mühasibatçılarının isə işdən getdiyini dedi. Mən də sənədləri götürüb, apardım. Həmin sənədləri hazırlayıb, başa çatdırdım. Xətai rayonunda yerləşən notariusda alqı-satqı işləri aparıldı".

Şahid qeyd edib ki, işə daxil olandan sonra alman vətəndaşı Stichternath Heins-Georg Tomasla da görüşüb: "Alov qüllələri"ndə Georgla sənədlər barədə danışdıq. O, mənə ofisin neçəyə götürülməsi barədə məbləği açıqlamadı. Georg razılaşdı və ofisi icarəyə götürəcəklərini dedi. Mən ofisdə Elşən və Ələddin müəllim aralarında danışanda eşitmişdim ki, o, ofisini alman vətəndaşına 2 milyon avroya icarəyə verir".

N.Baxışova Ə.Yusifovun Qazaxıstanda yerləşən şirkətlərə pul köçürdüyündən xəbərsiz olduğunu vurğulayıb.

Daha sonra Ə.Yusifov şahidə suallar verib. O, N.Baxışovun bəzi epizodlarda yalan danışdığını bildirib: "Nadejda xanımı mənim yanıma Elşən göndərib".

N.Baxışova isə düzgün ifadə verdiyini qeyd edib.

Şahid qismində Aydın Yusifov da dindirilib. O, təqsirləndirilən şəxsi ilk dəfə gördüyünü söyləyib: "Bacım Zeynəb Kərimova mənə zəng edib bildirdi ki, mülklə bağlı sənədləri mənim həyat yoldaşım Emilyanın adına keçirmək lazımdır. Çünkü onun körpə uşağı var idi. Mən şəxsən villanın natariusda alqı-satqısında iştirak etməmişəm, həyat yoldaşım orada olub".

A.Yusifovun həyat yoldaşı Emilya Yusifova ifadəsində bildirib ki, baldızı Zeynəb Şıxkərimova ona zəng edib, natariusa gəlməsini istəyib: "Adıma etibarnamə veriləcəyini söylədi".

Ə.Yusifov deyib ki, şahid E.Yusifovanın adına ofşor hesab olub: "Mən bu bardə məhkəməyə sənədləri təqdim edərəm".

Digər şahid Vaqif Əmrahov ifadəsində bildirib ki, Ə.Yusifovun ailə sürücüsü olub. O, adına bir neçə şirkət olduğunu söyləyib: "Şirkətlər adımda formal olub. Sonra pensiyaya çıxıb getdim. Bir neçə dəfə Ələddin müəllim pul verib ki, Elşənə aparım. Həmin pulların təxminən məbləği 1 milyona yaxın olub. Ələddin müəllimin şəxsi işlərinə heç vaxt qarışmamışam".

Şahid Elşən Şıxkərimov ifadə verən zaman söyləyib ki, Ə.Yusifov ona pul verməyib: "Ələddinin dedikləri yalandır. Mən heç Qazaxıstana belə getməmişəm".

Məhkəmənin nöbbəti iclası iyunun 21-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Ə.Yusifov 2005-ci ildə “QKSSS” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edib. O, həmin MMC vasitəsi ilə neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub. Ə.Yusifov həmin şirkətin direktoru vəzifəsində işləyərkən Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş “Airwerk” şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Stichternath Heins-Georg Tomasa 2010-cu ildə özünü uğurlu və geniş əlaqələrə malik iş adamı kimi təqdim edib. O, almaniyalı iş adamına neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, bu yolla külli miqdarda gəlir əldə etdiyini bildirib, ona biznesə investisiya qoyduğu halda daha çox gəlir əldə edəcəyinə inandırıb. Ə.Yusifov qeyd olunan işləri görmək üçün almaniyalı iş adamından 6 milyon 540 min manat istəyib, həmin pulun 20 faiz miqdarında gəlir əldə edəcəklərinə yalandan vəd verib. Stichternath Heins-Georg Tomas Almaniya Federativ Respublikasında fəaliyyət göstərən müxtəlif banklar vasitəsilə “Texnikabank”da “QKSSS” MMC-nin hesabına 6 milyon 540 min manat köçürüb. Ə.Yusifov həmin pulu şəxsi ehtiyaclarına sərf edərək almaniyalı iş adamına qarşı külli miqdarda dələduzluq edib. 

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilir. 

Son xəbərlər

Orphus sistemi