Kollegiya sədri: “Şikayətçinin dəlillərinin həqiqətəuyğunluğunu yoxlamaq üçün dövlət orqanları əlavə addımlar atmalıdır”

Kollegiya sədri: “Şikayətçinin dəlillərinin həqiqətəuyğunluğunu yoxlamaq üçün dövlət orqanları əlavə addımlar atmalıdır” “Seçki hüququnun pozuntusu ilə bağlı olaraq Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Azərbaycana qarşı çıxarılmış qərarların bir çoxunda məhz şikayətçinin bütün dəlillərinin və bununla bağlı zəruri sübutların araşdırılmaması pozuntu faktını müəyyən etməyə əsas verib”.
Hadisə
12 Noyabr , 2019 12:27
Kollegiya sədri: “Şikayətçinin dəlillərinin həqiqətəuyğunluğunu yoxlamaq üçün dövlət orqanları əlavə addımlar atmalıdır”

“Seçki hüququnun pozuntusu ilə bağlı olaraq Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Azərbaycana qarşı çıxarılmış qərarların bir çoxunda məhz şikayətçinin bütün dəlillərinin və bununla bağlı zəruri sübutların araşdırılmaması pozuntu faktını müəyyən etməyə əsas verib”.

“Report” xəbər verir ki, Ali Məhkəmənin kollegiya sədri Hikmət Mirzəyev seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusuna həsr olunmuş seminar-müşavirədə deyib.

"Məhkəmənin ümumi mövqeyinə görə dövlətin azad və ədalətli seçkilər keçirməkdən ibarət olan pozitiv öhdəliyi tələb edir ki, şikayətlə bağlı sadəcə iddiaçı tərəfindən təqdim olunmuş sübutlar əsasında araşdırma aparılmamalı, həmçinin şikayətçinin dəlillərinin həqiqətə uyğunluğunu yoxlamaq üçün dövlət orqanları əlavə addımlar atmalıdırlar. Aydındır ki, dövlətin bu öhdəliyinə həm yuxarı seçki komissiyalarının timsalında inzibati orqanların, həm də məhkəmələrin fəaliyyətində əməl olunmalıdır. Odur ki, məhkəmələr seçki hüquqlarının pozuntusu ilə bağlı işlərə baxarkən yuxarı seçki komissiyaları tərəfindən şikayətin bütün dəlillərinin hərtərəfli araşdırılmasının təmin edilib-edilmədiyini ciddi yoxlamalı olacaqlar. Ona görə də, bütün dərəcə seçki komissiyaları seçki hüquqlarının daha da səmərəli həyata keçirilməsi yönündə fəaliyyətlərini davam etdirməlidirlər”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi