Ali Məhkəmədə İntiqam Əliyevin kassasiya şikayətinə baxılıb - YENİLƏNİB

Ali Məhkəmədə İntiqam Əliyevin kassasiya şikayətinə baxılıb - YENİLƏNİB Məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb
Hadisə
26 Yanvar , 2016 14:50
Ali Məhkəmədə İntiqam Əliyevin kassasiya şikayətinə baxılıb - YENİLƏNİB

ilk xəbər 13:26-da yayımlanıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyev barəsindəki hökmün dəyişdirilməsi ilə bağlı kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə İ.Əliyevin vəkili Cavad Cavadov çıxış edib. Vəkil çıxışında Ali Məhkəmədən İ.Əliyevə bəraət verilməsini istəyib.

Məhkəmə fevralın 24-dək təxirə salınıb.

Qeyd edək ki, İ.Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan İ.Əliyev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə hökmü dəyişdirməyib.

Vəkil Cavad Cavadov isə məhkəmə hökmünün dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. 

Son xəbərlər

Orphus sistemi