Ali Məhkəmə Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin işini apellyasiya məhkəməsinə göndərib

Ali Məhkəmə Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin işini apellyasiya məhkəməsinə göndərib Hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub
Hadisə
15 Dekabr , 2018 10:13
Ali Məhkəmə Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin işini apellyasiya məhkəməsinə göndərib
Report

Bakı. 14 dekabr. REPORT.AZ/ Ali Məhkəmədə Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Mahir Musayevin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, hökm qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Qeyd edək ki, Mahir Musayev və Şükür Babayev Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndiriliblər. Onlar 2016-cı ildə həbs edilib və barələrində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Musayev 15 il, Ş.Babayev isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi isə onların apellyasiya şikayətini təmin etməyib. Daha sonra M.Musayev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi