Ali Məhkəmə qəza törədən sürücünün şikayətini təmin edib

Ali Məhkəmə qəza törədən sürücünün şikayətini təmin edib Ali Məhkəmədə Horadiz-Hacıqabul yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü Sabit Nəsirovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
23 Mart , 2019 10:07
Ali Məhkəmə qəza törədən sürücünün şikayətini təmin edib
Report

Ali Məhkəmədə Horadiz-Hacıqabul yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü Sabit Nəsirovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

İttiham aktına əsasən, hadisə 2017-ci il noyabrın 4-də Hacıqabul-Horadiz avtomobil yolunun 103-cü kilometrliyində baş verib. S.Nəsirov idarə etdiyi 99-FM-565 dövlət nömrə nişanlı DAF markalı yük avtomobilini idarə edərkən Araz çayının üzərində 2-ci dərəcəli yoldan baş yola keçmək istəyərkən həmin yolla hərəkət edən 30-BG-811 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan sürücü Qəmbərov Azad Gülmalı oğlu və sərnişini Hüseynov Əhmədxan Ədalət oğlu yüngül xəsarət alıb.

İmişli Rayon Məhkəməsinin hökmü ilə S.Nəsirov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan S.Nəsirov apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi