Bakı. 15 fevral. REPORT.AZ/
"Report"un xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxsi kimi təqdim edərək, onların 1 milyon manatını dələduzluq yolu ilə ələ keçirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Akimova 12 il və İ.Baxşıyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə İ.Baxşıyev barəsində şərti cəza verib. A.Akimovanın isə apellyasiya şikayəti təmin edilməyib. Daha sonra A.Akimova kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Xatırladaq ki, "AMAY" Ticarət Mərkəzinin sahibi Abdulla Abdulalyev iş üzrə şahid qismində ifadə verib. O, dindirilərkən A.Akimova ilə evli olmadığını, ancaq onun uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi adının yazıldığını deyib.