Ali Məhkəmə keçmiş "OMON"çuların şikayətini təmin etməyib

Ali Məhkəmə keçmiş "OMON"çuların şikayətini təmin etməyib Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb
Hadisə
1217
14 Mart , 2017 11:22
Ali Məhkəmə keçmiş OMONçuların şikayətini təmin etməyib
Report.az

Bakı. 14 mart. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə ömürlük azadlıqdan məhrum edilmiş Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun məhkəmə qərarından verdikləri kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkili Elçin Sadıqov müvəkkillərinin ərizə ilə məhkəməyə müraciət etdiklərini deyib. 

Onun sözlərinə görə, hər üç şəxs ərizəsində qeyd ediblər ki, məhkəmə iclasında iştirak etmək istəyirlər. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra E.Sadıqov çıxış edib. O, hüquqlarını müdafiə etdikləri şəxslərin ömürlük azadlıqdan məhrum etmə cəzasının 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən 20 ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini istəyib. Məhkəmənin qərarı ilə kassasiya şikayəti təmin olunmayıb, Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri - E.Əmiraslanov, A.Kazımov və S.Poladov barələrindəki ömürlük azadlıqdan məhrum etmə cəzasının 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən 20 ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi barədə Qaradağ Rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmə məhkumların müdafiəçisi Elçin Sadıqov tərəfindən verilmiş ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edib. Həmin qərardan narazı qalan həmin şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra onalr Ali Məhkəməyə müraciəıt ediblər.

Xatırladaq ki, hər üç şəxs 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum olunublar.

Son xəbərlər

Orphus sistemi