Ali Məhkəmə Bakı sakinini öldürən keçmiş məhkumun kassasiya şikayətini təmin etməyib

Ali Məhkəmə Bakı sakinini öldürən keçmiş məhkumun kassasiya şikayətini təmin etməyib Bakı. 8 fevral. REPORT.AZ/ Ali Məhkəmədə Bakı sakinini öldürməkdə təqsirləndirilən Tural İsmayılovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Hadisə
8 Fevral , 2019 18:58
Ali Məhkəmə Bakı sakinini öldürən keçmiş məhkumun kassasiya şikayətini təmin etməyib
Report

Bakı. 8 fevral. REPORT.AZ/ Ali Məhkəmədə Bakı sakinini öldürməkdə təqsirləndirilən Tural İsmayılovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, T.İsmayılovun kassasiya şikayəti təmin edilmədən saxlanılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 2016-c il il aprelin 18-də Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Rafiz Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Daha sonra R.Mirzəyev orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.İsmayılov tutulub.

O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, yəni insan həyatı üçün təhlükəli olan, bu Məcəllənin 126.1126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

T.İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi