Yuxarı

Ali Məhkəmə keçmiş icra başçısının qızının cinayət işini apellyasiya instansiyasına qaytarıb

Ali Məhkəmə keçmiş icra başçısının qızının cinayət işini apellyasiya instansiyasına qaytarıb

506

Bakı. 9 fevral. REPORT.AZ/ Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Nigar Abdullayeva barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin 8 fevral 2017-ci il tarixli qərarı bəraətverici əsaslarla ləğv edilib. İşin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib. N.Abdullayevanın barəsində olan cinayət işi araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Salyan rayonunun keçmiş İcra Hakimiyyətinin başçısı Seyran Seyranovun qızı olan 1982-ci il təvəllüdlü N.Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin (hazırda İqtisadiyyat Nazirliyi) Protokol şöbəsinin rəisi olub.

O, 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. N.Abdullayeva turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

2015-ci il sentyabr ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. N.Abdullayevanın apellyasiya şikayəti təmin edilməyib. Daha sonra Ali Məhkəməyə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi