Ali Məhkəmə Gömrük Hospitalının iranlı həkiminin cəzasını azaldıb

Ali Məhkəmə Gömrük Hospitalının iranlı həkiminin cəzasını azaldıb Ali Məhkəmədə qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə dərman gətirməkdə təqsirləndirilən İran vətəndaşı - Jahani Hiveh Hamid Mohammadin kassasiya şikayətinə baxılıb.
Hadisə
6 May , 2019 19:21
Ali Məhkəmə Gömrük Hospitalının iranlı həkiminin cəzasını azaldıb
Report

Ali Məhkəmədə qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə dərman gətirməkdə təqsirləndirilən İran vətəndaşı - Jahani Hiveh Hamid Mohammadin kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, iran vətəndaşının 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 4 ilə endirilib.

Qeyd edək ki, İran vətəndaşları - Jahani Hiveh Hamid Mohammad və Ghahremani Hafez Habib İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gizli şəkildə dərman gətirməkdə təqsirləndirilərək saxlanılıblar.

Jahani Hiveh Hamid Mohammad uzun illərdir Azərbaycanda yaşayır və barəsində cinayət işi başlanılan zaman Dövlət Gömrük Hospitalında cərrah-həkim kimi çalışıb. O, hazırlıq iclasında məhkəmə zalında həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Jahani Hiveh Hamid Mohammad 7 il və Ghahremani Hafez Habib 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apelyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, iranlıların hər birinin cəzası 1 il 6 ay azaldılıb. Daha sonra həkim kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi