Ali Məhkəmə dünya çempionunun işini yenidən apelyasiya instansiyası məhkəməsinə göndərib

Ali Məhkəmə dünya çempionunun işini yenidən apelyasiya instansiyası məhkəməsinə göndərib Ali Məhkəmədə Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Urxan Orucovun barəsində olan hökmdən prokurorluq tərəfindən verilən kassasiya protestinə baxılıb.
Hadisə
2 May , 2019 16:20
Ali Məhkəmə dünya çempionunun işini yenidən apelyasiya instansiyası məhkəməsinə göndərib
Report

Ali Məhkəmədə Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Urxan Orucovun barəsində olan hökmdən prokurorluq tərəfindən verilən kassasiya protestinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilib.

Qeyd edək ki, ötən il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub. Naməlum avtomobilin vurduğu 31 yaşlı S.Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə U.Orucov 4 il 2 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. U.Orucov məhkəmə zalından azadlığa buraxılıb. O, hökmə əsasən, 1000 manat məbləğində cərimə edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib.

Bakı Apelyasiya Məhkəməsi prokurorluğun apelyasiya protestini təmin etməyib.

Son xəbərlər

Orphus sistemi