Ali Məhkəmə bəraət alan şəxs barəsində olan hökmdən verilən protesti təmin etməyib

Ali Məhkəmə bəraət alan şəxs barəsində olan hökmdən verilən protesti təmin etməyib Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı bəraət hökmü qüvvədə saxlanılıb
Hadisə
25 Noyabr , 2016 16:35
Ali Məhkəmə bəraət alan şəxs barəsində olan hökmdən verilən protesti təmin etməyib

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə adam oğurluğunda təqsirləndirilən Əkbər Əlirzayevin barəsində olan bəraət hökmündən dövlət ittihamçısının verdiyi kassasiya protestinə baxılıb.

Bu barədə "Report"a vəkil Anar Qasımlı məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, prokurorun kassasiya şikayəti təmin edilməyib, Sumqayıt Apellyasiya Məhkəməsinin Ə.Əlirzayevin barəsində çıxardığı bəraət hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Siyəzən rayon sakini, 1994-cü il təvəllüdlü Ə.Əlirzayev həmyerlisi, 1998-ci il təvəllüdlü Vüsalə Məmmədovanı (ad şərtidir) qaçırıb. Qızın valideynlərinin şikayətindən sonra Ə.Əlirzayev tutulub və V.Məmmədova ailəsinə qaytarılıb. Daha sonra Ə.Əlirzayev polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə kemirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Əlirzayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi isə onun barəsində bəraət hökmü çıxarıb. Daha sonra dövlət ittihamçısı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi