Ali Məhkəmə bəraət alan "Falçı Səkinə" ilə bağlı qərarı elan edib

Ali Məhkəmə bəraət alan "Falçı Səkinə" ilə bağlı qərarı elan edib Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın barəsində olan hökmdən zərərçəkmiş Təyminə Abdullayeva tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
11 Aprel , 2019 15:18
Ali Məhkəmə bəraət alan Falçı Səkinə ilə bağlı qərarı elan edib

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın barəsində olan hökmdən zərərçəkmiş Təyminə Abdullayeva tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, T.Abdullayevanın kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, zərərçəkmiş T.Abdullayeva barəsində iş adamı, keçmiş əri Barat Abdullayevin şikayəti əsasında cinayət işi açılıb.

T.Abdullayeva ərinin dedikəri ilə razılaşmayaraq söyləyib ki, pullarını "Falçı Səkinə" adlı S.İsmayılova ələ keçirib. S.İsmayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

T.Abdullayevanın işi davam edən ərəfədə S.İsmayılova da həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.İsmayılovaya bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökümdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin onun şikayətini təmin etməyib.

Son xəbərlər

Orphus sistemi