Ali Məhkəmə Bakıda qonşusunu qətlə yetirən şəxsin kassasiya şikayətinə baxıb

Ali Məhkəmə Bakıda qonşusunu qətlə yetirən şəxsin kassasiya şikayətinə baxıb Birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb
Hadisə
27 May , 2017 10:33
Ali Məhkəmə Bakıda qonşusunu qətlə yetirən şəxsin kassasiya şikayətinə baxıb

Bakı. 27 may. REPORT.AZ/ Ali Məhkəmədə qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Kamran Bağırovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, K.Bağırovun kassasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2015-ci ilin dekabr ayında Binəqədi rayonu ərazisində 32 yaşlı Bağırov Kamran Vahid oğlu 29 yaşlı Rüstəmov Cümşüd Əsəddulla oğlunu bıçaqlayaraq qətlə yetirib. K.Bağırov könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinə gedib və törətdiyi əməli etiraf edib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.

Ötən il avqustun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Bağırov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi K.Bağırovun apellyasiya şikayəti təmin etməyib. O, daha sonra Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi