Bakı. 24 oktyabr.
"Report"un məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC pul barədə tələb irəli sürüb.
İddia olunan pul vəsaitinin məbləği açıqlanmır.
Məhkəmə iddianı rədd edib. Qərardan narazı qalan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC apellyasiya şikayəti verib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, MTK-nın sahiblərindən biri olmuş A.Ə. hazırda həbsdədir. O, dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.