“Akkord Şirkətlər Qrupu”nun əməkdaşına qarşı dələduzluq edilib

“Akkord Şirkətlər Qrupu”nun əməkdaşına qarşı dələduzluq edilib Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır
Hadisə
28 Noyabr , 2016 16:34
“Akkord Şirkətlər Qrupu”nun əməkdaşına qarşı dələduzluq edilib

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakıda Türkiyə vətəndaşı 1979-cu il təvəllüdlü Zefer Erik Kenoğluna qarşı dələduzluq edilib.

"Report"un xəbərinə görə, Zefer Erik Kenoğlu hüquq-mühafizə orqanlarına yazılı qaydada müraciət edərək bildirib ki, ötən ilin oktyabr ayında Masallı rayon sakini 1989-cu il təvəllüdlü Nuranə Məmmədova onu aldadaraq 10 min manat pulunu alıb və geri qaytarmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Zefer Erik Kenoğlu "Akkord Şirkətlər Qrupu"nda mühəndis vəzifəsində çalışır.

Son xəbərlər

Orphus sistemi