Akif Çovdarovun cinayət işində zərərçəkmişlər 100 min manatlıq mülki iddialarının təmin olunmasını istəyir

Akif Çovdarovun cinayət işində zərərçəkmişlər 100 min manatlıq mülki iddialarının təmin olunmasını istəyir Bakı Hərbi Məhkəməsi tərəfindən çıxarılan qərardan apellyasiya şikayəti verilib
Hadisə
21 Noyabr , 2017 17:26
Akif Çovdarovun cinayət işində zərərçəkmişlər 100 min manatlıq mülki iddialarının təmin olunmasını istəyir
Akif Çovdarov / Report

Bakı. 21 noyabr. REPORT.AZ/ Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxsləri tərəfindən "Karvansaray" Ticarət Mərkəzinin ələ keçirilməsi epizodu üzrə zərərçəkmişlər Bakı Hərbi Məhkəməsi tərəfindən çıxarılan qərardan apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, "Karvansaray-2010" MMC-nin təsisçiləri - Nizami Quliyev və Nadir Quliyevin nümayəndəsi apellyasiya şikayətini Bakı Hərbi Məhkəməsinə təqdim edib.

Onlar apellyasiya şikayətində 100 min manatlıq mülki iddialarının təmin olunmasını istəyir.

Qeyd edək ki, "Karvansaray-2010" MMC-nin təsisçisi Nizami Quliyev MTN generalı Akif Çovdarov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

İttiham aktına əsasən, göstərilən təhdid və təzyiqlər nəticəsində onun obyektinə əl qoyulub və “Karvansaray” Ticarət Mərkəzi sahiblərindən 2012-ci ildə zor və işgəncə yoluyla alınıb.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə “Karvansaray” epizodu sübuta yetirilməyib və həmin epiozod üzrə cinayət təqibinə xitam verilib, bu işdə zərərçəkmişlərin mülki iddiası təmin olunmayıb.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. 

Son xəbərlər

Orphus sistemi