Bakı. 16 fevral.
"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra məhkəmə istintaqının başlanması elan olunub. Dövlət ittihamçısı isə ittiham aktını elan edib.
Məhkənin növbəti iclası fevralın 22-nə təyin edilib.
Xatırladaq ki, E.Əliyev dələduzluqda təqsirli bilinir. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Onun atası Nəsib Əliyev "Şahbulaq" MTK tikinti şirkətinin rəhbəri olub. O isə hazırda həbsdədir.
E.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, E.Əliyev bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb. O, istintaq və məhkəmə zamanı ifadəsində bildirib ki, MTN əməkdaşları onu qanunsuz həbs edib, atası iş adamı olan Nəsib Əliyevdən 500 min dollar tələb ediblər. Atası isə həmin şəxslərə 350 min dollar verib.