Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan şəxsin məhkəməsində şahidlər ifadə verib

Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan şəxsin məhkəməsində şahidlər ifadə verib Məhkəmə prosesi noyabrın 14-də davam etdiriləcək
Hadisə
11 Noyabr , 2016 12:50
Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan şəxsin məhkəməsində şahidlər ifadə verib

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Tural Hüseynov, Tahir İbrahimov, Qüdrət Süleymanova ifadə veriblər. Onlar istintaqa verdikləri ifadələri təsdiqləyiblər.

T.Hüseynov ifadəsində bildirib ki, "Nizami" metrostansiyasının arxasında yerləşən torpaq sahəsi atası Şakir Hüseyova məxsus olub: "Onu "Real" MTK-ya satmamaışıq".

Q.Süleymanova dindirilən zaman torpaq ərazisini tanımadığı şəxsə 180 min manata satdığını söylüyüb.

Məhkəmə prosesi noyabrın 14-də davam etdiriləcək.

Qeyd edək ki, İ.Qasımov bu il iyun ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İ.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra İ.Qasımov barəsində CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesində zərərçəkmiş qismində şair Gülağa Tənha (Gülağa Qəmbərov) ifadə verib. O, İ. Qasımova 19,5 milyon dollar verdiyini deyib.

Xatırladaq ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

Son xəbərlər

Orphus sistemi