Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan şəxsin səhhətində problem yaranıb

Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan şəxsin səhhətində problem yaranıb İlham Qasımov məhkəməyə gətirilməyib
Hadisə
28 Noyabr , 2016 14:29
Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan şəxsin səhhətində problem yaranıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə keçirilməli olan məhkəmə iclası təxirə salınıb. 

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesə İ.Qasımovun gətirilmədiyi elan olunub.

Buna səbəb onun səhətində yaranan problemlər olub.

Proses noyabrın 29-da davam etdiriləcək. 

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında İ.Qasımovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, İ.Qasımov bu ilin iyununda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İ.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

Sonra İ.Qasımov barəsində CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesində zərərçəkmiş qismində şair Gülağa Tənha (Gülağa Qəmbərov) ifadə verib. O, İ.Qasımova 19,5 milyon dollar verdiyini deyib.

Xatırladaq ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

Son xəbərlər

Orphus sistemi