Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan şəxsin bacısı oğlunun məhkəməsində zərərçəkmişlər dindiriliblər

Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan şəxsin bacısı oğlunun məhkəməsində zərərçəkmişlər dindiriliblər Bakı. 1 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Sahil Cahangirlinin və onun həmyaşıdı Anar Əşrəfovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
1 Mart , 2018 11:58
Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan şəxsin bacısı oğlunun məhkəməsində zərərçəkmişlər dindiriliblər
Akif Çovdarov / Report

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Sahil Cahangirlinin və onun həmyaşıdı Anar Əşrəfovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

Elan olunmuş ittiham üzrə hər iki şəxs özünü təqsirli bilmədiyini deyib.

Daha sonra zərərçəkmiş Nüşabə Rüstəmova ifadə verib. O qeyd edib ki, evini 83 min manata sataraq "Real" MTK-dan ev alıb. Zərərçəkmiş şirkətin işçisi Şahin adlı şəxslə Sahilin yanına gedib, 90 min manat pul verdiyini, həmin məbləğdən 50 minin geri qaytarıldığını söyləyib: "Şahini də tutublar".

Hakim bildirib ki, istintaq materiallarında N.Rüstəmovaya 75 min manat qaytarılması barədə sənəd var və həmin sənəddə qadının imzası qeyd edilib.

Lakin zərərçəkmiş imzanın ona məxsus olmadığını deyib və ekspertiza keçirilməsini istəyib.

Dövlət Sərhədi Xidmətinin mayoru Şahin Alıxanov ifadəsində söyləyib ki, atasından miras qalan mülkü satıb. O, internetdə makler vasitəsilə S.Cahangirlini tapdığını qeyd edib: "Ev dəyərindən ucuz idi, 112 min manata razılaşdıq. Niyə ucuz olduğunu soruşdum. Onlar dedilər ki, Mayıl Səmədovun dayısı bu binanın tikilməsinə beton verib, onun əvəzində mənzillər Mayıla verilib. Mən 110 min manatı Mayıla verdim, qalanını da maklerə. Sahildən də neçə dəfə soruşdum ki, mənzilin problemi yoxdur ki? O, "yox" dedi. Bir müddət sonra evi təmir etmək üçün gələndə qapının açarının kilidinin dəyişdirildiyini gördüm. Bu günə kimi mənə 80 min ödənilib".

Məhkəmənin növbəti iclası martın 15-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İttiham aktına əsasən, S.Cahangirli "Real" MTK-nın icraçı direktoru olub və A.Əşrəfov isə həmin MTK-da çalışıb. Onlar vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə, MTK-ya məxsus mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər.

Xatırladaq ki, S.Cahangirli "Real" MTK-nın həbsdə olan rəhbəri İlham Qasımovun bacısı oğludur. İ.Qasımov da dələduzluqda təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə İ.Qasımovun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 12 ilə endirilib. O, şair Gülağa Tənhanın (Gülağa Qəmbərov) 19,5 milyon dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

Qeyd edək ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

Son xəbərlər

Orphus sistemi