Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan şəxsin bacısı oğlunun məhkəməsi başlayıb

Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan şəxsin bacısı oğlunun məhkəməsi başlayıb Bakı. 27 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Sahil Cahangirlinin və onun həmyaşıdı Anar Əşrəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
27 Fevral , 2018 16:22
Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan şəxsin bacısı oğlunun məhkəməsi başlayıb
Akif Çovdarov / Report

Bakı. 27 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Sahil Cahangirlinin və onun həmyaşıdı Anar Əşrəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İttiham aktına əsasən, S.Cahangirli "Real" MTK-nın icraçı direktoru olub və A.Əşrəfov isə həmin MTK-da çalışıb. Onlar vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə, MTK-ya məxsus mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər.

Xatırladaq ki, S.Cahangirli "Real" MTK-nın həbsdə olan rəhbəri İlham Qasımovun bacısı oğludur. İ.Qasımov da dələduzluqda təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə İ.Qasımovun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 12 ilə endirilib. O, şair Gülağa Tənhanın (Gülağa Qəmbərov) 19,5 milyon dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

Qeyd edək ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

Son xəbərlər

Orphus sistemi