Akif Çovdarovun ailə üzvləri əmlaklarla bağlı apellyasiya şikayəti verib - YENİLƏNİB

Akif Çovdarovun ailə üzvləri əmlaklarla bağlı apellyasiya şikayəti verib - YENİLƏNİB Çovdarov məhkəməyə həkim nəzarəti ilə gətirilib
Hadisə
8 May , 2018 16:57
Akif Çovdarovun ailə üzvləri əmlaklarla bağlı apellyasiya şikayəti verib - YENİLƏNİB
Akif Çovdarov / Report
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/ "Report"un xəbərinə görə, qapalı keçirilən prosesdə Akif Çovdarovun vəkili Kamandar Nəsibov və digər vəkillər vəsatətlə çıxış edib. Onlar məhkəmənin qismən istintaqla keçirilməsini tələb ediblər.

Məhkəmə vəsatəti təmin edilməyib

Növbəti proses mayın 22-nə təyin edilib.


*** 16:41

Bakı. 8 may. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov məhkəməyə həkim nəzarəti ilə gətirilib.

Əvvəlcə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslərlə yanaşı zərərçəkmişlər - Cəfər Səfərov, Qəhrəman Səfərov, Zaur İbrahimov və digərləri də apellyasiya şikayəti veriblər.

Bundan başqa, A.Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova da apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Onların hüquqlarını vəkil Azər Tanırverdi müdafiə edir.

Prosesdə A.Çovdarovun vəkili Kamandar Nəsibov vəsatət qaldırıb. O, məhkəmə iclasının qapalı keçirilməsini istəyib. Deyib ki, cinayət işində dövlət sirri ilə bağlı məsələlər var. Vəsatət təmin edilib, jurnalistlər zaldan çıxarılıb. Proses hazırda qapalı davam etdirilir.

Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin höküm ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

Son xəbərlər

Orphus sistemi