Yuxarı

"Ailə" TV-nin ofisinə basqın edən şəxslərə hökm oxunub - YENİLƏNİB

"Ailə" TV-nin ofisinə basqın edən şəxslərə hökm oxunub - YENİLƏNİB

Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Ailə" TV-nin ofisinə basqın etməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Kamil Əliyev, 1995-ci il təvəllüdlü Asib Kambarov, 1997-ci il təvəllüdlü Kamran Süleymanov, 1995-ci il təvəllüdlü Rəşad Əhmədzadə və 1995-ci il təvəllüdlü Orxan Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report'un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Kamil Əliyev 11 il, Asib Kambarov 8 il, Kamran Süleymanov 8 il, Rəşad Əhmədzadə 9 il, Orxan Əliyev isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.


*** 15:47

Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Ailə" TV-nin ofisinə basqın etməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Kamil Əliyev, 1995-ci il təvəllüdlü Asib Kambarov, 1997-ci il təvəllüdlü Kamran Süleymanov, 1995-ci il təvəllüdlü Rəşad Əhmədzadə və 1995-ci il təvəllüdlü Orxan Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report'un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Kamil Əliyevin 12 il, Asib Kambarovun 9 il, Kamran Süleymanovun 9 il, Rəşad Əhmədzadənin 9 il 9 ay, Orxan Əliyevin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttiham aktına əsasən, təqsirləndirilən şəxslər bir qrup şəxs halında əvvəlcə Xətai rayonu ərazisində yerləşən “Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçıblar.

Bundan başqa, adı çəkilən şəxslər Nizami rayonu ərazisində lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gələrək 1250 manat pulu ələ keçiriblər.

Həmin şəxslər Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 228-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) və 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddələri ilə təqsirli bilinirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi