AHİK-in şura sədri vəfat edib

AHİK-in şura sədri vəfat edib Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Respublika Turizm və Ekskursiyalar üzrə Şurasının sədri Fikrət Nuriyev vəfat edib
Hadisə
27 Fevral , 2021 09:07
AHİK-in şura sədri vəfat edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Respublika Turizm və Ekskursiyalar üzrə Şurasının sədri Fikrət Nuriyev vəfat edib.

"Report" xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Fikrət Lütvəli oğlu Nuriyev 1949-cu ildə anadan olub. O, 1990-ci ilin dekabr ayından AHİK-in Respublika Turizm və Ekskursiyalar Şurasının sədri vəzifəsində çalışıb. F.Nuriyev 1990-ci ilin may-dekabr aylarında Bakı şəhər Nəsimi rayon Xalq Nəzarəti komitəsinin sədri vəzifəsində işləyib.

Fikrət Nuriyev
Fikrət Nuriyev

Son xəbərlər

Orphus sistemi