Ağsuda yol qəzasında xəsarət alanların adı məlum olub - SİYAHI - YENİLƏNİB

Ağsuda yol qəzasında xəsarət alanların adı məlum olub - SİYAHI - YENİLƏNİB Ağsu. 27 sentyabr. REPORT.AZ/ Ağsu rayonunda baş verən ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.
Hadisə
27 Sentyabr , 2018 17:57
Ağsuda yol qəzasında xəsarət alanların adı məlum olub - SİYAHI - YENİLƏNİB
Report

Ağsu. 27 sentyabr. REPORT.AZ/ Ağsu rayonunda baş verən ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

“Report”un Şirvan bürosunun verdiyi məlumata görə, Ağsu-Çölərəb yolunda qeydə alınan yol qəzasında 4 nəfər xəsarət alıb. 

Yaralılar:

1978-ci il təvəllüdlü Malik Məlim oğlu Səlimov,
1969-cu il təvəllüdlü Hikmət Qaçay oğlu Gərayev,
1986-cı il təvəllüdlü Zahir Səlim oğlu Səlimov,
1983-cü il təvəllüdlü Təhmin Umud oğlu Cəbaylı.

Yaralılar Ağsu rayonunun Ərəbuşağı kənd sakinləridir. 

Faktla bağlı araşdırma aparılır.


***16:18

Ağsu. 27 sentyabr. REPORT.AZ/ Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, "VAZ-2101" markalı avtomobillə "Ford" markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib. Yaralılar "təcili yardım" maşını ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, yaralıların vəziyyəti ağırdır: "Yaralıların dördü də huşsuz vəziyyətdə olduğu üçün onların şəxsiyyətini hələlik müəyyən edə bilməmişik. Yaralıların müalicəsi davam etdirlir və vəziyyətləri ağır olaraq qalır". 

Son xəbərlər

Orphus sistemi