Ağsuda sürücü yol qəzasında ağır xəsarət aldı

Ağsuda sürücü yol qəzasında ağır xəsarət aldı Ağsuda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
19 fevral 2021 21:24
Ağsuda sürücü yol qəzasında ağır xəsarət aldı

Ağsuda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Nuriyev Gündüz Əlisahib oğlu müxtəlif xəsarətlər alıb. Yaralı əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi