Ağsuda xəsarətlə nəticələnən yol qəzası olub

Ağsuda xəsarətlə nəticələnən yol qəzası olub Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağsu rayonunun Qiyaslı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafiz
Hadisə
2 İyul , 2021 07:43
Ağsuda xəsarətlə nəticələnən yol qəzası olub

Ağsu rayonunda xəsarrətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə rayonun Qiyaslı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qrupu cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə 1 nəfər deformasiyaya uğrayan "Hyundai" markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi