Ağsu rayonunda biri uşaq olmaqla 3 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə bu gün saat 10 radələrində Ağsu-Caparlı-Bağırlı avtomobil yolunun 5-ci kilometrində, Daşdəmirbəyli kəndinin ərazisində olub.
Belə ki, Cəlayir kənd sakini Hüseynov Yusif Əlihüseyn oğlunun idarə etdiyi "VAZ-21063" markalı avtomobil və Daşdəmirbəyli kənd sakini Əliyev Vahid Əlmövsüm oğlunun idarə etdiyi “Mercedens” markalı avtomobil qarşı-qarşıya gələrkən toqquşub. Nəticədə “Mercedes” yoldan çıxaraq aşıb. Qəza nəticəsində "VAZ-21063" markalı avtomobildə olan yaşyarımlıq uşaq Murad Fazil oğlu Əhmədov, anası 35 yaşlı Familə Əhmədova və atası 45 yaşlı Fazil Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon xəstəxanasına çatdırıblar. Xəstəxanadan verilən məlumata görə, ananın vəziyyəti ağırdır.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən qəzanın səbəbləri araşdırılır.
*** 11:53
Ağsu rayonunda yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bico kənd yolunda qeydə alınıb.
Belə ki, "Mercedes" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə ikinci minik maşınında olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.