Ağsuda yas keçirənlər inzibati məsuliyyətə cəlb edilib

Ağsuda yas keçirənlər inzibati məsuliyyətə cəlb edilib Ağarx kəndi ərazisində yerləşən fərdi yaşayış evində yas mərasimi təşkil edildiyi müəyyən olunub
Hadisə
11 aprel 2021 12:47
Ağsuda yas keçirənlər inzibati məsuliyyətə cəlb edilib

Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ağarx kəndi ərazisində yerləşən fərdi yaşayış evində yas mərasimi təşkil edildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidm­ətinin Şəki regional qrupundan "Report"un Yuxarı Şirvan büro­suna verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib,xüsusi karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib ediblər.

Son xəbərlər

Orphus sistemi