Ağsu. 14 yanvar. REPORT.AZ/ Ağsu rayonunda yolun kənarında tapılan naməlum kişi meyitinin kimə aid olduğu müəyyənləşdirilib.
"Report"un yerli bürosunun hüquq-mühafizə orqanlarının əməkdaşlarından əldə etdiyi məlumata görə, meyitin həmin kəndin sakini Məmmədov Çingiz Məmməd oğluna aid olması müəyyən edilib.
İlkin məlumata görə, Ç.Məmmədov həddindən artıq spirtli içki qəbul etdikdən sonra, yıxılaraq yol kənarındakı arxda yatıb və şaxtalı havada soyuq onun ölümünə səbəb olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*** 23:48
Ağsu. 13 yanvar. REPORT.AZ/ Ağsu rayonunda yolun kənarında naməlum kişi meyiti aşkar olunub.
"Report"un Şirvan bürosunun məlumatına görə, naməlum kişi meyiti rayonun Qaraqoyunlu kəndi ərazisindəki yolun kənarında arxaın içindən yerli sakinlər tərəfindən tapılıb.
Belə ki, yerli sakinlər dərhal yerli hüquq-mühafizə orqanalrının əməkdaşlarına məlumat veriblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün
Meyitin kimə aid olması hələlik məlum deyil
Faktla bağlı araşdırmalara başlanılıb.