Ağsuda qəzada xəsarət alan qadın Bakıya gətirildi

Ağsuda qəzada xəsarət alan qadın Bakıya gətirildi Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 İyul , 2020 01:13
Ağsuda qəzada xəsarət alan qadın Bakıya gətirildi

Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Əhmədova Familə Babaş qızı ağır xəsarətlər alıb.

Yaralı əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona sol qolun sınığı və üz-baş nahiyənin sıyrılmış əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi