Ağsu. 28 yanvar. REPORT.AZ/ Ağsu rayonunda qanunsuz ov edən 3 nəfər saxlanılıb.
"Report"un yerli bürosunun məlumatına görə, saxlanılanlar "Qırmızı kitab"a düşmüş heyvanların ovlanmasında təqsirli bilinirlər.
Belə ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Kəndoba kəndinin sakinləri - 1989-cu il təvəllüdlü İbadov Zaur Cəfərxan oğlu, 1988-ci il təvəllüdlü İbadov Qahir Asət oğlu və 1983-cü il təvəllüdlü Məhəmmədli Ramazan Fəxrəddin oğlu qanunsuz ov etdiklərinə görə saxlanılıblar.
Həmin şəxslər adları "Qırmızı kitab"a düşən quşları ovlayıblar. Saxlanılanlardan 3 ədəd ov tüfəngi götürülüb.
***13:28
Ağsu rayonunda qanunsuz ov edən 3 nəfər saxlanılıb.
"Report"un yerli bürosunun məlumatına görə, saxlanılanlar "Qırmızı kitab"a düşmüş heyvanların ovlanmasında təqsirli bilinirlər.
Qanunsuz ovla məşğul olanlar qoruq ərazisində aşkarlanıblar.










