Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub

Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.
Hadisə
28 Mart , 2023 08:50
Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub

Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, Ağsu Rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən nəzarət-profilaktik tədbirlər zamanı hərəkətdə olan “VAZ” markalı avtomobilin dövlət nömrə nişanı standartlara uyğun olmadığı üçün sürücüsünə “saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən Həbib Həmidovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən H.Həmidovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və o, 400 manat məbləğində cərimələnib.

Son xəbərlər

Orphus sistemi