Ağsuda narkotik alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb

Ağsuda narkotik alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.
Hadisə
11 Sentyabr , 2021 10:45
Ağsuda narkotik alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Ağsu şəhər sakini Cahangir Pənahov şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.

Araşdırma zamanı C.Pənahovun narkotik vasitəni 10 manata Cavid Fərəcovdan aldığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs də saxlanılaraq Polis Şöbəsinə gətirilib. Üzərinə, eləcə də yaşadığı ünvana keçirilən baxış zamanı heroin, elektron tərəzi və şprislər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi