Ağsuda keçmiş həyat yoldaşını öldürən şəxs tutulub

Ağsuda keçmiş həyat yoldaşını öldürən şəxs tutulub Bakı. 7 iyul. REPORT.AZ/ Ağsu rayonunda keçmiş həyat yoldaşını öldürən şəxs saxlanılıb.
Hadisə
7 İyul , 2018 12:06
Ağsuda keçmiş həyat yoldaşını öldürən şəxs tutulub

Bakı. 7 iyul. REPORT.AZ/ Ağsu rayonunda keçmiş həyat yoldaşını öldürən şəxs saxlanılıb.

“Report” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağsu şəhərində kirayədə yaşayan Samirə Bəyalıyevanın evinə gələn keçmiş əri, rayonun Hacıqədirli kənd sakini Mahir Bəyalıyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.

Nəticədə xəstəxanaya yerləşdirilən S.Bəyalıyeva orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bəyalıyev tutulub.

Son xəbərlər

Orphus sistemi