Ağsuda karantin rejimini pozan şəxs həbs edildi

Ağsuda karantin rejimini pozan şəxs həbs edildi Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gün ərzində karantin rejimini pozan vətəndaşlara rast gəlinib.
Hadisə
6 Aprel , 2020 21:01
Ağsuda karantin rejimini pozan şəxs həbs edildi

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gün ərzində karantin rejimini pozan vətəndaşlara rast gəlinib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, həmin şəxslər həbs və cərimə olunublar.

Belə ki, karantin rejimini ciddi şəkildə pozan 1 nəfər rayon sakini 20 sutka həbs olunub. Bundan başqa, 6 nəfər piyada 100 manat cərimə olunub, 17 sürücü barəsində inzibati protokol tərtib olunub.

Son xəbərlər

Orphus sistemi