Ağsuda iki minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb - YENİLƏNİB

Ağsuda iki minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb - YENİLƏNİB Səhiyyə Nazirliyi Ağsu rayonunun Növcü kəndində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Hadisə
22 Sentyabr , 2019 17:20
Ağsuda iki minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb - YENİLƏNİB

Səhiyyə Nazirliyi Ağsu rayonunun Növcü kəndində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən “Report”a bildirilib ki, qəza ilə bağlı iki nəfər xəstəxanaya müaricət edib.

“Müraciət edən 1951-ci təvəllüdlü şəxsə kəllə-beyin travması və sağ tərəfdə hematoma diaqnozu qoyulub. Vəziyyəti ağır olduğu üçün həkimlər onun Bakıya göndərilməsi ilə bağlı qərar qəbul ediblər. Yaxın saatlarda onun paytaxt xəstəxanalarından birinə köçürülməsi təmin olunacaq”.

Qeyd olunub ki, ikinici müraciət edən şəxs isə1962-ci təvəllüdlüdür və ona sol üçüncü qabırğanın sınığı diaqnozu qoyulub: “Başqa travması olmadığı üçün ilkin tibbi yardım göstərilib və özünü yaxşı hiss etdiyini bildirərək xəstəxanadan evinə gedib, həkimlər tərəfindən ambulator müalicəyə buraxılıb”. 


***14:35

Fövqəladə Hallaq Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Ağsu rayonunun Növcü kəndində “VAZ" markalı iki minik avtomobili toqquşub. 

FHN-dən "Report"a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi