Ağsuda iki maşın toqquşub, ağır yaralananlar var

Ağsuda iki maşın toqquşub, ağır yaralananlar var Yaralılardan ikisinin vəziyyəti ağırdır
Hadisə
29 Oktyabr , 2017 08:49
Ağsuda iki maşın toqquşub, ağır yaralananlar var

Ağsu. 29 oktyabr. REPORT.AZ/ Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonunun Sanqalan kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib.

"Report" xəbər verir ki, qəza zamanı "90-ZF-641" dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil "Niva” ilə toqquşub.

Nəticədə “Niva”nın sürücüsü, 1995-ci il təvvəllüdlü Aydın Asəf oğlu Hacıyev və onun atası, Ağsunun Kalva kənd sakini, 1968-ci il təvvəllüdlü Asəf Ağasən oğlu Hacıyev ağır xəsarət alıb. Yaralıların vəziyyəti ağır olduğundan onlar Bakıdakı xəsətəxanalardan birinə çatdırılıblar.

“Mercedes”in sürücüsü, 1960-cı il təvvəllüdlü Rasim Ağəli oğlu Əsgərov Şamaxı rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi