Ağsuda həkim iş yerində ölüb

Ağsuda həkim iş yerində ölüb Onun ürək tutmasından dünyasını dəyişdiyi güman olunur
Hadisə
28 Dekabr , 2017 10:58
Ağsuda həkim iş yerində ölüb
Report

Ağsu. 28 dekabr. REPORT.AZ/ Ağsu rayonunda həkim iş yerində ölüb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Ağsu Rayon Mərkəzi Xəstəxanasında baş verib. 

Rayon sakini, 1960-cı il təvəllüdlü Namidar Quliyev səhər saatlarında iş yerində dünyasını dəyişib.

O, xəstəxanda diş həkimi işləyirmiş. N.Quliyev səhər saatlarında işə gəlib öz otağında olarkən qəfildən halı pisləşib və vəfat edib. 

Onun ürək tutmasından dünyasını dəyişdiyi güman olunur.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi