Ağsuda fərdi yaşayış evi yanıb

Ağsuda fərdi yaşayış evi yanıb Araşdırma aparılır
Hadisə
9 Mart , 2021 16:54
Ağsuda fərdi yaşayış evi yanıb

Ağsu rayonunda fərdi yaşayış evində yanğın olub.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini Natiq Qırxlarova məxsus ümumi sahəsi 130 m² olan ev əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə Ağsu rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb və ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

Məlumata görə, hadisə zamanı ev sahibi evdə olmayıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi