Ağsu rayonunda fərdi yaşayış evi yanıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Şirəli Dəmirzadə küçəsi, ev 11 ünvanında qeydə alınıb.
Belə ki, Ağsu rayon sakini Rəşad Baba oğlu Qaniyevə məxsus 112 kvadratmetr evin 60 kvadratmetrinin tavan hissəsi əşyalarla birlikdə yanıb. Nəticədə vətəndaşa 30 000 manata yaxın ziyan dəyib. Yanğın söndürülüb, alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.






