Ağsu rayonunda vətəndaşa məxsus fərdi yaşayış evi yanıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Pirhəsənli kəndində qeydə alınıb.
Kənd sakini Atakişiyev Şəmilə məxsus 1 mərtəbəli 4 otaqdanda ibarət olan evin 2 otağı əşyaları ilə birlikdə yanıb.
Hadisə yerinə Ağsu rayon dövlət yanğından mühafizə idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.
Fakt araşdırılır.
