Ağsuda fərdi yaşayış evi yanıb

Ağsuda fərdi yaşayış evi yanıb Ağsu rayonunda fərdi yaşayış evi yanıb.
Hadisə
17 İyun , 2019 13:57
Ağsuda fərdi yaşayış evi yanıb

Ağsu rayonunda fərdi yaşayış evi yanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Elabad kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 78 yaşlı Adil Xaliq oğlu Abıyeva məxsus birmərtəbəli, dördotaqlı evdə yanğın baş verib. Hadisə yerinə Ağsu rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Nəticədə ümumi sahəsi 100 kvadratmetr olan ev, ona bitişik 60 kvadratmetrlik yardımçı tikili və 100 bağlama ot tamamilə yanaraq külə dönüb. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi